Deputat Poroşenko və erməni nazir arasındakı münaqişədən danışdı - VİDEO
Bizi izləyin

Dünya

Deputat Poroşenko və erməni nazir arasındakı münaqişədən danışdı - VİDEO

Ukrayna prezidenti Pyotr Poroşenko və daxili işlər naziri Arsen Avakov arasında münaqişə dövlət başçısının seçilməsinin birinci günündən mövcuddur.

Publika.az xəbər verir ki, bu haqda ICTV telekanalının efirində nazirin məsləhətçisi, Ali Radanın üzvü Anton Qeraşenko deyib.

Deputatın sozlərinə görə, onun səbəbi təhlükəsizliyin təmin olunması və kriminal araşdırmaların keçirilməsi məsələlərinə müxtəlif yanaşmadır.

“Prezident bütün hüquq-mühafizə orqanları üzərində hakimiyyəti təmin etmək istəyirdi”, - Qeraşenko vurğulayıb.

O qeyd edib ki, Avakov bunun çox təhlükəli presedent olduğunu düşünür.

Daha əvvəl Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı qurumun “operativ komandanlığının başçısı” Eduard Basurin bildirib ki, Ukraynanın Daxili İşlər Nazirliyinin başçısı istefası halında dövlət çevrilişi həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Poroşenko və Avakov arasında ziddiyyətlərin kəskinləşməsi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyindən bir sıra vəzifəli şəxslər çıxarılıb, bəziləri barəsində isə cinayət işləri qaldırılıb.

Basurinin sözlərinə görə, Avakov onun altındakı kreslonun tərpəndiyini hiss edir.

Bu, milliyyətcə erməni olan Arsen Avakovla bağlı səslənən ilk analoji ittiham deyil.

Ukrayna prezidentinin lideri olduğu “Pyotr Poroşenkonun Bloku” fraksiyasından Ali Radanın deputatı Sergey Leşenko cari ilin iyun ayında analoji ittihamla çıxış edib. Deputat ZIK telekenalının efirində Avakovu dövlət çevrilişinə hazırlıqda günahlandırıb.

“Arsen Avakovun komandası istənilən ssenarilərə, həmçinin hakimiyyətin güc yolu ilə tutulmasına hazırlaşır. Daxili işlər nazirinin özü baş nazir olmağa hazırlaşır. Axı sirr deyil ki, Avakovun icazəsi olmadan hökumət qərar qəbul etmir”, - Leşenko bildirib.

“Novorossiya parlamenti”nin spikeri, Ukrayna parlamentinin keçmiş deputatı Oleq Tsarev 2016-cı ilin avqustunda deyirdi ki, Avakov artıq Ukrayna paytaxtının mərkəzində - “Kiyev” mehmanxanasında dövlət çevrilişi qərargahını hazırlayıb.

Ekspertlərin fikrincə, Avakov hazırda yeganə insandır ki, Pyotr Poroşenkoya Ukraynanın bütün güc strukturlarını öz nəzarətində toplamağa mane olur.

Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm