Rusiyadan AĞIR ZƏRBƏ: 304 ölü, 170 yaralı
Bizi izləyin

Dünya

Rusiyadan AĞIR ZƏRBƏ: 304 ölü, 170 yaralı

Son iki gün ərzində Rusiya hərbi aviasiyası Fərat çayının şərq sahilində İŞİD terror qruplaşmasına qarşı əməliyyatı davam etdirib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Bu rayonda terrorçuların təsdiq edilmiş itkiləri 304, yaralıların sayı isə 170-dən çox olub”, - general-mayor jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu vaxt ərzində müxtəlif vəzifəli 7 səhra komandiri, həmçinin Fərat vadisində İŞİD-in hücum əməliyyatlarını koordinasiya edən edən qazaxıstanlı Abu İslam al-Kazaki məhv edilib.

Məhv edilmiş İŞİD qruplaşması arasında xarici muzdlularının hazırlıq keçdiyi mərkəzi, Şimali Qafqazdan təxminən 40 döyüşçü və terrorçuların mobil snayper qrupu var.

General-mayor bildirib ki, həmçinin 3 nəzarət məntəqəsi, terrorçuların 9 dayaq məntəqəsi, 8 tank, 3 artilleriya qurğusu, böyuk kalibrli silahlarla təchiz edilən 17 yolsuz yer maşını və 4 döyüş sursatı anbarı məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm