Dünya
İŞİD-in neft satışından aylıq gəliri açıqlandı
.jpg?v1745608255)
İŞİD terror qruplaşmarının neft satışından gəlirləri iki il ərzində 90 faiz azalıb.
Publika.az xəbər verir ki, bu haqda “USA Today” yazıb.
Nəşr qeyd edir ki, Suriyada və İraqda neftin satışından İŞİD-in gəliri son iki il ərzində 12 dəfə aşağı düşüb. 2015-ci ildə terror qruplaşmasının aylıq neft gəliri 50 milyon dollar olduğu halda, hazırda bu rəqəm 4 milyon dollar təşkil edir.
Neft satışı demək olar ki, terrorçuların gəlirlərinin yarısını təşkil edirdi. Bank soyğunları və tutulmuş şəhərlərin sakinlərindən alınan vergilər İŞİD-in “büdcəsində” əhəmiyyətli yer tuturdu.
Vaşinqton Universitetinin Yaxın Şərq siyasəti üzrə analitiki Endrü Tebler bildirib ki, İŞİD-in əlində olan ərazilər azaldığı üçün insanlardan vergiləri toplamaq imkanları da azalır.
İyun ayında “IHS Markit” təşkilatının analitikləri bildiriblər ki, 2015-ci ilin ikinci rübündə qruplaşmanın 81 milyon dollar olan aylıq gəliri 2017-ci ikinci rübündə 16 milyon dollara qədər azalıb.
Ömər Dağlı

-
Region22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb