Dünya
“Bir neçə gün ərzində ondan çox...” - Las-Veqas terrorçusu barədə YENİ DETALLAR
.jpg?v1745972596)
ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı insanları güllələyən Stiven Peddok bir neçə gün ərzində qaldığı mehmanxana nömrəsinə ondan çox çamadan daşıyıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Las-Veqas şerifi Co Lombardinə istinadən CNN telekanalı bildirib.
Mehmanxana işçilərinin sözlərinə görə, Peddok menhmanxana nömrəsinə yerləşdiyi vaxt heç bir şübhə doğurmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, o, çamadanlarla silah-sursat daşıyırdı.
Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 2-də “Mandalay Bay Hotel” mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi festivalına silahlı hücum olub. Hadisə nəticəsində 59 insan ölüb, 500-dən çoxu yaralanıb. Bu, qurbanların sayına görə ABŞ-da ən qanlı hücum hesab olunur.
Nevada ştatının Meskit şəhərində yaşayan Stiven Peddokun otel otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlanıb.
Ömər Dağlı

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq