Fransada terror cəhdi: 50 min insan xilas edildi
Bizi izləyin

Dünya

Fransada terror cəhdi: 50 min insan xilas edildi

Fransada terrorçular ölkə liqasının 8-ci turu çərçivəsində baş tutan “PSJ” - “Bordo” matçında partlayış törətməyə çalışıb.

Publika.az xəbər verir ki, yerli sakinlərdən birinin diqqətli davranması terakta hədəf olan “Park De Prens”i faciədən xilas edib.

Ətrafda şübhəli əşyalar tapan sakin dərhal polisə xəbər verib. Polis əməkdaşları stadionun ətrafından içi benzinlə dolu 4 qaz balonu və telefon zəngi ilə işə salına bilən bomba aşkar edərək zərərsizləşdiriblər. Beləliklə, matçı izləməyə gələn 50 000 azarkeş faciədən xilas edilib.

Hadisə ilə bağlı 5 şübhəli şəxs saxlanılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm