Kral Kataloniyadakı referendumu tanımadı
Bizi izləyin

Dünya

Kral Kataloniyadakı referendumu tanımadı

İspaniya kralı VI Filipp Kataloniyada keçirilən referendumu tanımayıb.

Publika.az xəbər verir ki, bu barədə "El Pais" xəbər verib.
Referendumdan iki gün sonra televiziyada çıxış edən kral muxtariyyət ərazisindəki səsvermələri tanımadığını deyib. Onun sözlərinə görə, Kataloniya hökuməti qanunsuz referendum keçirib və öz hərəkətləri ilə İspaniyanın vahidliyini dağıtmaq məqsədilə demokratik prinsipləri pozub.
"Onlar qaydaları müntəzəm pozaraq qərarlar qəbul etdilər, ölkə hakimiyyətinə Kataloniyada təqdim edilən nifrəti göstərdilər", - deyə kral vurğulayıb.
VI Filipp əlavə edib ki, muxtariyyət hakimiyyəti İspaniya konstitusiyasını və Kataloniyanın muxtariyyəti haqqında qanunu pozub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm