Türkiyə kosmik stansiya inşa edəcək
Bizi izləyin

Dünya

Türkiyə kosmik stansiya inşa edəcək

Türkiyə kosmik stansiyanın inşa edilməsinə dair qərar qəbul edib.

Publika.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“Kosmik stansiyanın inşa edilməsinə dair qanun layihəsi artıq parlamentə təqdim edilib”, - deyə B.Yıldırım Eskişehir əyalətində helikopter ehtiyat hissələrinin istehsalı zavodunun açılış mərasimində bildirib.

Onun sözlərinə görə, qərar kosmik və aviasiya texnologiyalarının, təbii sərvətlərin aşkarlayaraq əhalinin rifahı üçün istifadə edilməsi hesabına ölkədə inkişaf və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm