ABŞ 15 diplomatı ölkədən qovdu
Bizi izləyin

Dünya

ABŞ 15 diplomatı ölkədən qovdu

ABŞ Kubanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 15 diplomatı ölkədən çıxarmaq qərarı verib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Onun sözlərinə görə, diplomatların ölkədən çıxarılması ilə bağlı Kuba hökuməti məlumatlandırılıb.

Rəsmi Vaşinqton bu addımı Kubada çalışan amerikalı diplomatların təhlükəsizliyinin təmin olunmaması ilə əlaqələndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm