Kim Çen Indan benzin satışı QADAĞASI: yalnız....
Bizi izləyin

Dünya

Kim Çen Indan benzin satışı QADAĞASI: yalnız....

Koreya Xalq Demokratik Respublikasında sentyabr ayının sonundan etibarən yanacaqoldurma məntəqələrində sıravi vətəndaşlara benzin satışı qadağan edilib.

Publika.az xəbər verir ki, hökümət nümayəndələri, silahlı qüvvələr və xüsusi təyinatlı orqanların əməkdaşları, Əmək Partiyasının üzvləri və yüksək rütbə sahibləri istisna olmaqla, heç kəs benzin ala bilməyəcək.

Məlumatda qeyd olunur ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən icazəsiz keçirilən nüvə silahı sınaqlarına görə KXDR-ə neft məhsullarının ixracı məhdudlaşdırıldıqdan sonra Şimali Koreya bu yolla ölkənin neft ehtiyatını gücləndirmək istəyir.

Ölkə mətbuatı “Yonhap” onu da iddia edir ki, bütün yanacaqdoldurma məntəqələrinə yalnız seriya nömrəsi 727 ilə başlayan avtomobillər daxil ola bilir.

Bəyanatda ictimai nəqliyyat və eləcə də əcnəbilər haqqında heç bir məlumat qeyd olunmayıb.

Xatırladaq ki, cari ilin əvvəllində KXDR ölkə daxilində benzinin qiymətini 3 dəfəyə qədər qaldırmışdı. Bundan başqa, ölkədə strateji baxımdan müharibə olarsa, 1 milyon tona yaxın ehtiyat neft saxlanılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm