• USD 1,7000 0,00% EUR 2,0661 0,00%
    • GBP 2,3748 0,00% RUB 0,0229 0,00%

Tillersondan istefası haqqında xəbərlərə CAVAB

  • Dünya
  • 4 Oktyabr 2017 20:13
  • 543 Baxış
Tillersondan istefası haqqında xəbərlərə CAVAB

“ABŞ dövlət katibi postundan istefa haqqında heç vaxt düşünməmişəm”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Dövlət katibi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp onun işini faydalı hesab etdiyi müddətdə bu postda işləyəcək.

Qeyd edək ki, daha əvvəl KİV-in yazdığına görə, Tillerson istefaya getməyə çalışırdı, amma ABŞ-ın vitse-prezidenti Maykl Pens onu fikrindən daşındırıb.

Xatırladaq ki, ötən ayın əvvəlində də Tillersonun istefası haqqında şayiələrin yeni dalğası yaranmışdı. “Foreign Policy” nəşri yazmışdı ki, Tillersonu bu postda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli əvəz edə bilər.

Nəşr bu barədə Dövlət Departamentinin indiki və keçmiş məmurlarına istinadən yazıb. Bildirilir ki, Tillerson son zamanlar Şimali Koreyanın raket sınaqları ətrafında yaranan vəziyyətə reaksiya vermir. Amma Heylinin bu hadisələrlə əlaqədar Vaşinqtonun mövqeyini daha fəal səsləndirdiyi deyilir.

Bundan başqa, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi İran barəsində də fəal fikirlərlə çıxış edir.

Tillersonun dövlət katibi postunu tərk edə biləcəyi barədə iddialar daha əvvəllər də səslənib. Onun Trampla bəzi mövzular üzrə fikir ayrılıqlarının olduğu bildirilir. Ancaq Tillerson və onun komandası mümkün istefa haqqında şayiələri dəfələrlə təkzib edib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR