
Yapon dənizində balıqçı qayığı tankerlə toqquşub.
Publika.az xəbər verir ki, tankerlə toqquşma nəticəsində Çinə məxsus balıqçı qayığı çevrilib.
Məlumata görə, qayıqda olan şəxslərdən 12-i itkin düşüb. Xilasedici briqada itkin düşən şəxslərin axtarışlarına başlayıb.
Təhlükəsizlik xidmətinin verdiyi məlumata əsasən, hadisə Yaponiya sahillərindən 400 kilometr aralıda baş verib.
Könül Cəfərli