Media Trampa qarşı: "Onu xəstə yox, terrorçu adlandırmalı idi" - VİDEO
Bizi izləyin

Dünya

Media Trampa qarşı: "Onu xəstə yox, terrorçu adlandırmalı idi" - VİDEO

ABŞ Prezidenti Donald Tramp ötən həftə 59 nəfərin ölümü ilə nəticələnən Las Veqas hadisələrinə münasibət bildirərkən işlətdiyi ifadəyə görə, medianın tənqidlərinə məruz qalıb.

Publika.az xəbər verir ki, Las Veqas şəhərini ziyarət edən Tramp ölənlərin ailələri, yaralılar və hücuma müdaxilə edən təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşüb. Yenidən açıqlama verən Tramp hücumu törədən 64 yaşlı ABŞ vətəndaşı Stefan Paddoku "ağır xəstə və dəli “ adlandırıb.

Bəzi media qurumları isə onun bu sözlərinə etiraz ediblər. Onlar ölkə başçısını Stefan Paddoku terrorçu yox, xəstə adlandırmaqda qınayıblar.

Onu da qeyd edək ki, Las Veqas hücumu qurbanlarının yaxınları üçün "gofundme" adlı internet saytında başladılan yardım kompaniyasında toplanan məbləğ 8 milyon dolları keçib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm