Kazan sakini "telefon terrorçuları"nın hücum alqoritmini çözdü
Bizi izləyin

Dünya

Kazan sakini "telefon terrorçuları"nın hücum alqoritmini çözdü

Rusiyanı ictimai yerlərdə qoyulmuş partlayıcı qurğular haqda anonim zənglər üzrə təxliyyələrin yeni dalğası gözləyir.

Publika.az bildirir ki, belə proqnozla Kazan şəhərinin 21 yaşlı sakini Svyatoqor Osinin çıxış edib. Osinin iddia edir ki, o, "telefon terrorçuları"nın hərəkət trayektoriyasının alqoritmini çözməyi bacarıb.

Qeyd edək ki, müxtəlif ərazilərə qoyulmuş bombalar haqqında kütləvi xəbərlər Moskvada 26, Novosibirskdə 28, Yekaterinburqda 29 sentyabr, Novqorodda isə 2 oktyabrda yayılıb. Hər ehtimala qarşı həmin ərazilər təxliyyə olunub və məlum olub ki, bu, "telefon terrorçuları"nın işidir.

Svyatoqor Osinin isə öz növbəsində, oktyabrın 4-də Çelyabinskdə bomba “qoyulan” ərazidən insanların kütləvi təxliyyəsini qabaqcadan xəbər vermişdi. Bu, KİV-in diqqətini cəlb edib.

Osinin qeyd edir ki, cinayətkarlar məhz milyonluq əhalisi olan şəhərləri seçirlər və azalma trayektoriyası üzrə hücüm edirlər. "Məhz belə ardıcıllıqda hücumlar davam edəcək", - deyə o, növbəti yalan zəngin Omsk, Samara, Rostov və Ufada olacağını proqnozlaşdırır.

Məlumat üçün bildirək ki, hüquq-mühafizə orqanları indiyə qədər zəng etmiş xuliqanları aşkar edə bilməyiblər.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm