• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Putinlə kralın görüşü başladı

  • Dünya
  • 5 Oktyabr 2017 16:15
  • 680 Baxış
Putinlə kralın görüşü başladı

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudla Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Kremlin Andreyevski zalında keçirilən görüş öncəsi Vladimir Putin Səudiyyə Ərəbistanı kralının səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini söyləyib.

Putin dəvəti qəbul etdiyinə görə krala təşəkkür edib.

“Bu, bizim münasibətlərimizin tarixində Səudiyyə Ərəbistanının kralının Rusiyaya birinci səfəridir. İki ölkənin münasibətləri böyük tarixə malikdir”, - Rusiya prezidenti deyib.

Kreml başçısı xatırladıb ki, 1926-cı ildə krallığını müstəqilliyini tanıyan ilk dövlət Sovet İttifaqı olub.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR