Rusiya kəşfiyyatı ölkəni “minalayanları” tapdı
Bizi izləyin

Dünya

Rusiya kəşfiyyatı ölkəni “minalayanları” tapdı

Rusiya Federasiyasında obyektlərin minalanması haqqında yanlış zənglər xaricdən Rusiyanın dörd vətəndaşı tərəfindən edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, onların Rusiya ərazisində köməkçiləri var.

“Biz müəyyən etdik ki, bunlar Rusiya vətəndaşlarıdır. Birmənalı olaraq deyə bilərəm ki, bunlar dörd nəfərdir və hazırda xaricdə yaşayırlar. Onların Rusiya ərazisində köməkçiləri var. Onların axtarışları üzrə partnyorlarımızla birlikdə çalışırıq”, - Bortnikov deyib.

Xatırladaq ki, 2017-ci ilin 11 sentyabrından bütün Rusiya üzrə minlərlə obyekt - inzibati binalar, ali və orta məktəblər və ticarət mərkəzləri “minalanıb”. Yalnız Stavropolda binalara partlayıcı qurğuların yerləşdirildiyi barədə zənglərin sayı 300-dən çox idi. Ümumilikdə, Rusiyanın 11 regionunun 120 şəhərində binalar “minalanıb”. Nəticədə 800 min insan təxliyyə edilib.

Zənglər barəsində ən müxtəlif versiyalar səslənirdi: Ukraynanın “kiber müharibəsi”ndən psixi problemləri olan insanların zənginə qədər.

Rusiya KİV-i bir neçə gün əvvəl ölkədə telefon terrorizmi dalğasının təşkilində əsas şübhəlinin adını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm