Dünya
Separatizm dalğası Avropanı cənginə aldı - Növbədə Almaniya

“Bavariyanın müstəqilliyi, onun Almaniya Federativ Respublikasından ayrılması bizim qanuni haqqımızdır”.
Publika.az xəbər verir ki, bu iddialar Almaniyanın Bavariya Partiyası tərəfindən səsləndirilib.
Adıçəkilən bölgə Almaniyadan ayrılaraq müstəqillik statusu qazanmaq istəyir. Kataloniyanın müstəqillik referendumuna getməsi bu bölgədə yaranan müstəqillik mübahisələrini daha da alovlandırıb.
Almaniyanın ən varlı əyalətlərindən olan Bavariyanın müstəqillik əldə etməsi üçün mübarizə aparan partiya ərazinin sahib olduğu nemətlərin Almaniya ilə paylaşılmasına qarşı çıxır. Partiya yaxın gələcəkdə Avropanın Ədalət Məhkəməsinə müraciət edərək Bavariyanın alman dilindən fərqli dilə sahib olduğunu sübut etmək niyyətindədir.
Qeyd edək ki, keçən il Bavariyaa Konsitutsiya Məhkəməsinə müraciət edərək müstəqillik referendumu keçirməsi üçün icazə istəmişdi. Lakin təklif rədd edilmişdi.
Kataloniyada baş verən hadisələr Bavariyanın müstəqillik istəklərinə yenidən təkan verib.
Zümrüd

-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir
-
Qoroskop10:44
Detektiv olaraq doğulan 4 bürc: Onlardan sirr saxlamaq mümkün deyil