İŞİD Rusiya vertolyotunu vurdu - FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD Rusiya vertolyotunu vurdu - FOTOLAR

İŞİD terrorçuları Suriyada Rusiya vertolyotunu vurublar.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Bild” nəşrinin müxbiri Born Ştrisel Tvitter səhifəsində bildirib.

Onun sözlərinə görə, hadisə Xüms vilayətinin Şeyx Hilal şəhərinin yaxınlığında baş verib. Ştrisel hadisə yerindən fotonu dərc edib.

Öz növbəsində, Kremlin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə informasiyanı şərh etməkdən imtina edib. O, Rusiya Müdafiə Nazirliyinə müraciət etməyi məsləhət görüb.

Müdafiə Nazirliyindən bildiriblər ki, Mi-28 vertolyotu texniki nasazlığa görə məcburi eniş edib və yerdən heç bir atəş açılmayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm