Kataloniyada referendumun son nəticələri açıqlandı
Bizi izləyin

Dünya

Kataloniyada referendumun son nəticələri açıqlandı

Kataloniya parlamenti səsvermənin nəticələrini müzakirə etməyi planlaşdırır.

İspaniyanın Kataloniya muxtariyyətinin hökuməti müstəqillik haqqında referendumun son nəticələrini elan edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, referendumda səsvermə hüququna malik olan 5,3 milyon vətəndaşdan 2 milyon 286 mini iştirak edib.

Onlardan 90,18 faizi (2 milyon 44 min) müstəqilliyə səs verib, 7,83 faizi (177 min 547) isə qarşı çıxıb. Seçici fəallığı 43,03 faiz təşkil edib.

İndi Kataloniya parlamenti səsvermənin nəticələrini müzakirə etməyi planlaşdırır. Kataloniya muxtariyyətinin lideri Çarls Puqdemont iclası daha əvvəl oktyabrın 9-na təyin etmişdi. Lakin sonradan iclas təxirə salınıb. Onun tarixi haqqında məsələ hələ həll edilməyib.

Xatırladaq ki, Kataloniyanın müstəqilliyi haqqında referendum oktyabrın 1-də keçirilib. İspaniya hakimiyyəti onun nəticələrini tanımır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm