Dünya
ABŞ Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq silah satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti raket əleyhinə THAAD sistemlərinin Səudiyyə Ərəbistanına satışına razılıq verib.
Publika.az bildirir ki, bu barədə Dövlət Departamentin bəyanatında deyilir. Məlumata əsasən, müqavilənin məbləği 15 milyard təşkil edir.
Bu ilin mayında Ər Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacağını bildiriblər. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindən sonra üçüncü yerdədir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əs Səudun 2018-ci ilin əvvəlində ABŞ-a rəsmi səfəri nəzərdə tutulub.

-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR