• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Baş nazirin müavini DƏHŞƏTLİ QƏZADA ÖLDÜ - FOTO

  • Dünya
  • 7 Oktyabr 2017 10:34
  • 1 301 Baxış
Baş nazirin müavini DƏHŞƏTLİ QƏZADA ÖLDÜ - FOTO

Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzası nəticəsində vəfat edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, oktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

İnformasiyaya əsasən, hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü vəfat ediblər.

Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.

Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi ilə bağlı heç bir ehtimal irəli sürülməyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR