Türkiyəyə qarşı qorxunc PLAN ÜZƏ ÇIXDI - DETALLAR
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı qorxunc PLAN ÜZƏ ÇIXDI - DETALLAR

PKK terror təşkilatının “Aralıq dənizi açılımı” qrupu son iki ay ərzində dörd ayrı qrupu Lazkiye (Suriya) yolu ilə Muğla və ətraf bölgələrə göndərib.

Publika.az xəbər verir ki, bu haqda təhlükəsizlik mənbələrinə istinadən Türkiyənin “Milliyyət” nəşri bildirib.

Oktyabrın 6-da Türkiyənin Muğla vilayətinin Köyceğiz mahalında PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verdi. Nəticədə 5 terrorçu öldürüldü.

Bundan bir gün əvvəl isə Muğlanın Seydikəmər mahalında Kəşfiyyat Dairəsi Başqanlığının keçirdiyi əməliyyatın gedişatında PKK-nın “xüsusi təyinatlılar” adlanan strukturunda yer alan və Suriyadan gələn 5 terrorçu ilə onlara bələdçilik edən 3 nəfər tutuldu. Onların PKK-nın “Aralıq dənizinə açılım” qrupunda fəaliyyət göstərmək üçün Suriyadan dəniz yolu ilə Muğlanın Fəthiyə mahalına gəldikləri müəyyən edilib.

İllərdir “Qara dəniz açılımı”nı reallaşdırmaq üçün səy göstərən terror təşkilatı eyni zamanda “Aralıq dənizi açılımı”nı həyata keçirmək üçün fəaliyyətə başlayıb. Qış planları çərçivəsində ölkənin müxtəlif bölgələrinə silahlı qrupların göndərildiyini müəyyən edən kəşfiyyat və təhlükəsizlik gücləri dörd ay əvvəl əhəmiyyətli bir ipucu əldə edib.

PKK-nın yeni marşrutu

“Milliyyət”in əldə etdiyi məlumatlara görə, Qəndildəki PKK rəhbərliyi təşkilatın “xüsusi təyanatlıları” adlandırılan silahlı gücün Qərbi Anadoluya göndərilməsi barədə təlimat verib.

Daha əvvəl Adana, Kahramanmaraş, Hatay və Osmaniye çölündə təşkilatlanmanı tamamlayan təşkilat “Aralıq dənizi açılımı” adı verilən fəaliyyət çərçivəsində Qərbi Anadoluda silahlı güc yaratmaq niyyətindədir.

Beləliklə, Şimali İraq-Afrin-Amanos-Qərb Toroslar xətti ilə Egey və Aralıq dənizi bölgəsində yerləşmək istəyən PKK bu bölgələri Qəndillə birləşdirməyi qarşısına məqsəd qoyub. PKK “xüsusi təyanatlılar”da yer alan terrorçuları 2-3 nəfərlik qrupları qərbə göndərməyə başlayıb. Əvvəllər avtomobil yolundan istifadə edildiyi halda, hazırda dəniz yolundan istifadə olunur.

Suriyanın gizli xidməti

Təhlükəsizlik mənbələrinin məlumatına görə, PKK terrorçularını Muğlaya gətirən gəmi Suriyanın gizli xidməti olan “El Muhaberat” tərəfindən təşkil edilib. Son gələn gəmidə isə “El Muhaberat”ın bir əməkdaşının olduğu müəyyən edilib. Lazkiyedən gəmi ilə çıxan PKK terrorçuları daha sonra qayıqlarla quruya çıxırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm