Kralın sarayı atəşə tutuldu: 2 ölü
Bizi izləyin

Dünya

Kralın sarayı atəşə tutuldu: 2 ölü

Səudiyyə Ərəbistanı kralının Ciddə şəhərindəki sarayının qarşısındakı postun atəşə tutulması nəticəsində iki mühafizəçi həlak olub, daha üçü yaralanıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, cavab atəşi ilə hücum edən şəxs öldürüb.

İnsident oktyabrın 7-də səhər saatlarında baş verib. Hücum edən şəxsin 28 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir. Onun avtomobilindən “Kalaşnikov” tipli avtomat və üç alışdırıcı qumbara aşkarlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı hazırda Rusiyada səfərdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm