Dünya
Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır

İran nüvə silahına sahib olmaq deyil, ballistik raketlərinin sərrastlığını artırmaq məqsədi ilə sınaqları keçirir.
Bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın "Newsweek" nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, İranın arsenalındakı ballistik raketlər ölkənin müdafiəsini təmin etmək üçün istehsal olunub və nüvə silahı kimi istifadə üçün tamamilə uyğunsuzdur.
"Biz raketlərin sərrastlığını artırmaq məqsədi ilə onları sınaqdan keçirməkdə davam edirik. Əgər raket nüvə silahı kimi istifadə üçün istehsal edilibsə, belə halda sərrastlığa gərək yoxdur. İranın sahib olduğu ballistik raketlər qeyri-nüvə başlıqların quraşdırılması üçün nəzərdə tutulub", - deyə nazir qeyd edib.

-
Avropa02:19
İspaniyada AES-lərin fəaliyyəti dayandırıldı
-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi