
Moskvada ticarət mərkəzlərindən birində güclü yanğın baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerindən 3000 insan təxliyyə olunub. Hadisə yerinə cəlb olunan helikopterlər alovun üzərinə su tökür.
“Sindika” Ticarət mərkəzi Moskva Dairəvi Avtomaqistralınn 65-ci kilometrliyində, Stroqino rayonunda yerləşir. Hadisə zamanı xəsarət alan olmayıb.