Türkiyənin ABŞ-a CAVABI gecikmədi: Viza xidmətləri DAYANDIRILDI
Bizi izləyin

Dünya

Türkiyənin ABŞ-a CAVABI gecikmədi: Viza xidmətləri DAYANDIRILDI

Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini dayandırmasına cavabsız qalmayıb.

Publika.az xəbər verir ki, Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Türkiyənin ABŞ-dakı səfirliyi məsələ ilə bağlı açıqlama verib:

“Son zamanlarda baş verən hadisələr Türkiyə hökumətini ABŞ-ın Türkiyə nümayəndələrinə qarşı öhdəliklərinə yenidən baxmağa məcbur edib. Sözügedən dəyərləndirmə müddətində ABŞ-dakı səfirliyimizə gələn ziyarətçi sayını minimuma endirmək məqsədilə Amerikada yerləşən bütün səlahiyyətli orqanlarımızdakı ABŞ vətəndaşlarının viza əməliyyatları dayandırılıb”.

Qeyd edək ki, ABŞ da Ankaradakı səfirliyi və konsulluqlarına gedən ziyarətçi sayını azaltmaq üçün Türkiyədəki bütün diplomatik mövqeyi olan və qaçqın olmayan vətəndaşların viza xidmətlərini dayandırdığını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm