Arakanlı müsəlmanları daşıyan qayıq batdı: Ölənlərdən 12-si uşaqdı
Bizi izləyin

Dünya

Arakanlı müsəlmanları daşıyan qayıq batdı: Ölənlərdən 12-si uşaqdı

Myanmadakı şiddət hadisələrindən qaçaraq Banqladeşə sığınmağa çalışan Arakan müsəlmanlarının qayığı batıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər həlak olub, 13 nəfər xilas edilib.

Gecə saatlarında baş verən hadisə barədə Beynəlxalq Köç Təşkilatı (IOM) sosial şəbəkə hesabında məlumat yayıb.

Polis qayıqda 35 nəfərin olduğunu və itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib. Lakin mediada yayımlanan xəbərlərdə bu rəqəm 60-100 arasında göstərilib.

Qeyd edək ki, Myanmada Arakan müsəlmanlarına qarşı başladılan etnik təmizləmə səbəbilə Banqladeşə qaçan müsəlmanların sayı 519 minə çatıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm