“Bu ölkəsiz Rusiya imperiyası yoxdur” - Putinin planı ORTAYA ÇIXDI
Bizi izləyin

Dünya

“Bu ölkəsiz Rusiya imperiyası yoxdur” - Putinin planı ORTAYA ÇIXDI

Şimali Koreya nüvə proqramı məsələsi Ukrayna üçün ABŞ-la ticarətdə istifadə olunması üçün Rusiya tərəfindən kəskinləşdirilir.

Publika.az xəbər verir ki, bu fikirlə “Obozrevatel TV”-nin efirində siyasi ekspert, beynəlxalq hüquq mütəxəssisi Ruslan Osipenko çıxış edib.

“Rusiya maraqlı olacaq ki, problemin həllində iştirak edəcəyi vaxta kimi regionda gərginlik artsın. Və Trampa deyəcək: “Danışıqlar masası arxasında olsam, problemi bir dəqiqə içində asanlıqla həll edə bilərəm. Amma mənim də öz maraqlarım var”, - o deyib.

Ekspertin fikrincə, Rusiyanın tələblərindən biri Ukraynanın onun təsiri altında qalması ilə bağlı olacaq.

Həmçinin Osipenko vurğulayıb ki, heç bir Rusiya siyasətçisi Ukrayna barəsində ekspansiya siyasətindən (Bəzi ekspertlər belə hesab edir ki, Ukrayna öz torpaqlarını yalnız Vladimir Putinin hakimiyyətdən gedişindən sonra azad edə biləcək - red.) imtina etməyəcək: “Ukrayna məsələsi Rusiya üçün əsas məsələdir. Ukraynasız Rusiya imperiyası yoxdur”.

O, əmindir ki, Rusiya ABŞ-a təsir etmək üçün dünyanın başqa nöqtələrində də qaynar nöqtələri yaratmağa cəhd edə bilər.

“O, bunu yaxşı edir. Qalan heç nə onda alınmır. Nə telefon, nə də avtomobil”, - ekspert yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm