• USD 1,7000 0,00% EUR 2,0697 +0,19%
    • GBP 2,4069 -0,03% RUB 0,0231 +0,87%

Kiyevdən Azərbaycana ÇAĞIRIŞ: “Rusiyaya qarşı birləşək”

  • Dünya
  • 9 Oktyabr 2017 21:45
  • 1 270 Baxış
Kiyevdən Azərbaycana ÇAĞIRIŞ: “Rusiyaya qarşı birləşək”

Rusiya Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan üçün ümumi təhlükədir.

Publika.az “Həftənin güzgüsü” (“Zerkalo nedeli”) nəşrinə istinadən xəbər verir ki, bunu Tiflisdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin xüsusi iclası çərçivəsində mətbuat konfransında Ukraynanın xarici işlər naziri Pavel Klinkin deyib.

“Rusiya yalnız Ukraynanın deyil, həm də Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü hədələyir”, - o bildirib.

Ukrayna diplomatiyasının başçısının fikrincə, bu ölkələr Rusiya təhlükəsinin neytrallaşdırılması üçün səyləri birləşdirməlidir.

“Biz hamımız ümumi çağırış qarşısında dururuq. Bu, hər şeydən əvvəl bizim müstəqilliyimiz və ərazi bütövlüyümüzlə bağlı çağırışdır. Biz bu çağırışa qarşı birgə durmalıyıq”, - siyasətçi vurğulayıb.

Nəşr xatırladır ki, GUAM 1997-ci ildə yaradılıb və Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova təşkilatın üzvləridir. Bildirilir ki, bu gün sözügedən dövlətlərdən hər biri silahlı konfliktlərin təcrübəsinə malikdir və Rusiyanın müdaxiləsinə görə öz ərazisinin bir hissəsinə nəzarət etmir.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR