Dünya
Rusiya senatorundan ŞOK AÇIQLAMA: “Onlar hakimiyyəti devirə bilərlər”

Ukrayna Ali Radasına ukraynalıların Rusiyaya səfərlərinin məhdudlaşdırılması haqqında qanun layihəsi daxil olub.
Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, “Pyotr Poroşenko Bloku”ndan Andrey Nemirovskiy və müstəqil deputat Andrey Şinkoviç sənədin müəllifləridir.
Qanun layihəsinə Moskvadan reaksiya gecikməyib. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç bunun ağlasığmaz olduğunu deyib.
“Allah Ukraynanın rəhbərliyini ağılsız qoyub. Bu, sadəcə ağlasığmazdır ki, insanlar iki ölkə arasında qohumluq, dil və dostluq əlaqələrini nəzərə alaraq istədikləri yerə gedə bilmirlər. Və bu medalın bir üzüdür. Başqa tərəfi insanların hüquqlarının pozulmasıdır. Qanun layihəsi Konstitusiyaya, beynəlxalq hüquqa və sağlam düşüncəyə ziddir. İnsanlar üsyan edə və ölkə rəhbərliyini devirə bilərlər”, - parlament üzvü bildirib.
Klinseviç fərz edib ki, qanun layihəsi qəbul edilməyəcək. Onun fikrincə, Ali Radada kritik düşüncəyə sahib deputatlar var.
“Ali Radanın bütün deputatları dəli ola bilməzlər”, - Frans Klinseviç yekunlaşdırıb.
Ömər Dağlı

-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir
-
Qoroskop10:44
Detektiv olaraq doğulan 4 bürc: Onlardan sirr saxlamaq mümkün deyil