Kaliforniyada meşə yanğınları: 10 ölü - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Kaliforniyada meşə yanğınları: 10 ölü - VİDEO - (YENİLƏNDİ)

Kaliforniya ştatının şimalında başlayan yanğınlar küləyin təsiri ilə sürətlə yayılmağa başlayıb. Son məlumatlara görə, yanğında ölənlərin sayı 10 nəfərə çatıb.

Son məlumata görə, 100-dən artıq Kaliforniya sakini isə müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət ediblər. Müraciət edənlərin əksəriyyəti tüstülənmədən zəhərləniblər. 12 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.

Publika.az xəbər verir ki, bölgəyə yaxın yaşayış məntəqlərindəki insanlar təxliyə edilir. Yanğın elektrik və telefon xətlərini sıradan çıxarıb. Hazırda yanğınsöndürənlər Napa, Sonoma, Yuba, Budda, Nevada, Calaveras və Mendocino əyalətlərindəki yanğını söndürməyə çalışır

Yanğında zəzərçəkmiş insanlara ərzaq yardımını göstərilib.

***

ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları davam edir.

Publika.az xəbər verir ki, meşə yanğınları zamanı 4 nəfər ölüb, çoxsaylı insan yaralanıb.

Ştatın şimal hissəsində meydana gələn meşə yanğınları 20 mindən çox insanı evsiz qoyub. Yanğın 1500-dən çox ev və inzibati binanı yararsız hala salıb.

Kaliforniya ştatının qubernatoru Cerri Braun ard-arda baş verən yanğınlar səbəbindən ərazidə fövqəladə vəziyyət elan edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm