• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

“Torpaqların azad edilməsi üçün...” - Putinin keçmiş məsləhətçisindən yeni TƏKLİF

  • Dünya
  • 10 Oktyabr 2017 11:52
  • 1 002 Baxış
“Torpaqların azad edilməsi üçün...” - Putinin keçmiş məsləhətçisindən yeni TƏKLİF

"Minsk formatı Donbas üzrə danışıqlarda perspektivə malik deyil və dəfn edilməlidir".

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov “Bu gün” (“Seqodnya”) nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, münaqişənin həlli üzrə yeni format yaradılmalıdır. İllarionov ABŞ və Böyük Britaniyanın cəlb edilməsi ilə Budapeşt formatını mümkün variantlardan biri hesab edir.

Siyasi ekspert qeyd edib ki, 3 il ərzində Minsk razılaşmalarının heç bir bəndi yerinə yetirilməyib.

“Birinci bənddə atəşin dayandırılmasından danışılır. Yerinə yetirilibmi? Xeyr. İkinci bənddə qoşunları çıxarılması yer alıb. Çıxarılıbmı? Xeyr. Hərbi texnika çıxarılıbmı? Xeyr. Minsk razılaşmalarının hansı bəndi yerinə yetirilib, hansı işləyir? Heç biri. Sadəcə etiraf etmək lazımdır lazımdır ki, Minsk razılaşmaları bu gün Ukrayna üçün işləməyən, pis və çox təhlükəli sənəddir. Onu sadəcə dəfn etmək daha yaxşıdır”, - İllarionov qeyd edib.

İllarionov hesab edir ki, Minsk formatı Ukraynanın işğal edilmiş ərazilər üzərində süverenliyini bərpa etməyə prinsip etibarilə qadir deyil.

“Deməli, başqa formatı tapmaq lazımdır. Var, məsələn, Budapeşt formatı. Kurt Volker (ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi – red.) bu işlə məşğul olarsa və Böyük Britaniyanın nümayəndəsi ortaya çıxarsa, onda bu format yarana bilər”, - Putinin keçmiş məsləhətçisi vurğulayıb.

Daha əvvəl İllarionov bildirib ki, Donbas və Krım işğal edilmiş ərazidir və bu ərazilər Ukraynaya mütləq qayıdacaq. Eyni zamanda, o hesab edir ki, işğal edilmiş ərazilərin qayıdışı Vladimir Putinin prezidentliyi dövründə olmayacaq.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR