“Türkiyədə hakimiyyət dəyişikliyi zamanı...” – Moskvadan CAVAB
Bizi izləyin

Dünya

“Türkiyədə hakimiyyət dəyişikliyi zamanı...” – Moskvadan CAVAB

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, parlament üzvü Ərdoğanın bəyanatının Moskvaya bir dərs olduğunu deyib.

“Bu artıq bir dərsdir və Türkiyə ilə hansısa uzunmüddətli münasibətlərin qurulmasının çox ağır olduğunu göstərir. Hakimiyyət dəyişikliyi zamanı, hətta eyni prezidentin dövründə xarici siyasət kursunda döngələr ola bilər. Amma, prinsip etibarilə, Krım məsələsində Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb. Sadəcə nəzərə almaq lazımdır ki, türk siyasəti barəsində illüziyalar olmasın”, - Novikov bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti dünən ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə görüşündən sonra keçirdiyi mətbuat konfransında Ankaranın Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini, Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm