• USD 1,7000 0,00% EUR 2,0440 -0,45%
    • GBP 2,3606 -0,61% RUB 0,0229 0,00%

Dövlət başçısının başı kəsiləcək - Məxfi müharibə planları ƏLƏ KEÇDİ

  • Dünya
  • 10 Oktyabr 2017 14:15
  • 2 280 Baxış
Dövlət başçısının başı kəsiləcək - Məxfi müharibə planları ƏLƏ KEÇDİ

Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə genişmiqyaslı müharibə planlarını oğurlayıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurlanmış məlumatların həcmi təxminən 235 GB təşkil edir. Məlumatlarda Seul və Vaşinqtonun müharibə planları yer alıb.

Orada Pxenyanla müharibənin necə qazanılması və Şimali Koreya lideri Kim Çen Inın “başının kəsilməsi”ndən təfərrüatı ilə danışılır.

Şimali Koreya hakerləri kiberhücumda şübhəli bilinirlər. Cənubi Koreyalı deputat Ri Çxol-Xi Müdafiə Nazirliyinə istinadən iddia edib ki, 5015 və 3100 saylı operativ məxfi planlar Pxenyanın maliyyələşdirdiyi hakerlər tərəfindən oğurlanıb.

Yerli xəbərlərə əsasən, hakerlər həmçinin Amerika-Cənubi Koreya hərbi təlimləri, Cənubi Koreya elektrik stansiyaları və hərbi obyektlər haqqında məlumatları əldə edə biliblər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR