
Meksikanın Puebla ştatındakı Uitsilan de Serdan bələdiyyə administrasiyasının rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bələdiyyə sədri Manuel Ernandes Pasyon avtomobilində güllələnərək qətlə yetirilib.
Qeyd edək ki, Meksikada yaşayış məntəqəsinin rəhbərinin qətlə yetirilməsi birinci hal deyil.