Dünya
Homoseksual övladlığa götürdüyü 18 aylıq qızı "iblis" adlandıraraq ölümcül döydü
.jpg?v1745106783)
Britaniyalı homoseksual Mettyu Skalli-Hiks öz əri Kreyq ilə birgə övladlığa götürmüş Elsi adlı 18 aylıq qızı ölümcül döyüb.
Publika.az bildirir ki, bu haqda "Daily Mail" qəzeti yazır. O, qızcığazda "uşaq cildində iblis" gördüyünü iddia edir.
Fitnes-təlimatçı işləyən 31 yaşlı Mettyu və onun 36 yaşlı partnyoru 2012-ci ildə Portuqaliyada nikaha giriblər. Uşaq onların evinə daxil olandan 1 həftə sonra atalığı tərəfindən vəhşicəsinə döyülüb.
Elsini kəllə-beyin travması ilə xəstəxanaya çatdırıblar. Skalli-Hiks iddia edirdi ki, uşaq nərdivandan yıxılıb. Ancaq polislər cütlüyün yazışmasına giriş əldə etməyi bacarıb və məlum olub ki, Skalli-Hiks öz partnyoruna şikayət edərək, "mən onun yanında özümü cəhənnəmdə hiss edirəm, o, daim ağlayır, o, əsl iblisdir, mən artıq onun səsini eşitmək istəmirəm!", - yazırdı.
Həkimlər qızcığazı süni nəfəs aparatından kəsəndən sonra o, dünyasını dəyişib.
Elsinin cəsədini yoxlayan ekspertlər belə nəticəyə gəliblər ki, sınıqlar və beyinin hər iki tərəfindən daxili qanaxma ilə yanaşı, onda bir çox travmaların aşkar edilməsi uşağın üzərində uzunsürən ələ salmalar, işgəncələr verildiyini göstərir.
Hazırda uşağın amansızlıqla qətlə yetirilməsinə dair işə Kardiffin Kral məhkəməsində baxılır.
Zaur H.

-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər
-
Magazin119 Aprel 22:00
"50 yaşında uşaq bezi oynadım?" - FOTO