“Gəlin üçümüz müqayisə edək” - Jirinovskidən Tramp və Tillersona QƏRİBƏ TƏKLİF - VİDEO
Bizi izləyin

Dünya

“Gəlin üçümüz müqayisə edək” - Jirinovskidən Tramp və Tillersona QƏRİBƏ TƏKLİF - VİDEO

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tillersonla özünün IQ (intellektual əmsal –red.) səviyyəsinin müqayisə edilməsini təklif edib.

Publika.az xəbər verir ki, partiya sədri bu haqda rusiyalı jurnalistlərə açıqlamasında deyib.

Jirinovski hesab edir ki, onun intellektual səviyyəsi Tramp və Tillersondan daha yuxarı olacaq.

“Tramp Tillersona IQ səviyyəsinin müqayisə edilməsini təklif edib. Gəlin, üç nəfərin IQ səviyyəsini müqayisə edək. Tillersonda IQ daha az olacaq, çünki o adi neftçidir, biznesmendir. Tramp, əlbəttə, siyasətlə məşğul olur, amma o bizim Rusiyada malik olduğumuz bilikləri ala bilməyib”, - Jirinovski bildirib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Reks Tillersonun onun haqqında xoşagəlməz söz işlədəcəyi təqdirdə, ikisi arasında intellektin əmsalını müəyyənləşdirəcək testin keçirilməsini təklif edib.

"Məncə, bunlar qurama xəbərlərdir. Amma o, həqiqətən, belə deyibsə, IQ testlə özümüzü müqayisə etməliyik. Kimin qazanacağını isə indidən deyə bilərəm", - D.Tramp vurğulayıb.

Ağ Evin mətbuat katibi bu təklifi “zarafat” adlandırıb.

Xatırladaq ki, ötən həftə "NBC News" telekanalı Tillersonun Tramp haqqında xoşagəlməz ifadə işlətdiyini və yayda postunu tərk etmək niyyətində olduğunu, amma vitse-prezident Mayk Pens onu bu fikrindən daşındırdığını xəbər verib. Tillerson, öz növbəsində, bu məlumatları təkzib edib.

Əqli inkişafın əmsalının müəyyən edilməsi üzrə testlər, bir sıra alimlər tərəfindən tənqid edilməsinə baxmayaraq, ABŞ-da geniş yayılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm