Soçidə MDB sammiti başladı
Bizi izləyin

Dünya

Soçidə MDB sammiti başladı

Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının sammiti başlayıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, sammiti açan Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin böyük layihələrin işə salınması üçün bütün imkanlara malik olduğunu deyib.

Onun sözlərinə görə, sammitdə xüsusi diqqət iqtisadi mövzuya və ticarət-investisiya əlaqələrinin genişləndirilməsinə, həmçinin mallar və xidmətlərin qarşısında olan baryerlərin aradan qaldırmasına ayrılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçıları ilk olaraq məhdud çərçivədə görüş keçiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm