Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı artdı
Bizi izləyin

Dünya

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı artdı

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bunu yerli yanğından mühafizə xidmətinin rəhbəri Ken Pimlott bəyan edib.

"Bu ciddi, fəlakətli bir hadisədir", deyə K.Pimlott qeyd edib.

Qeyd edək ki, Kaliforniya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib. Kaliforniyanın şimalında meşə yanğınları üzündən 20 min insan evini tərk etmək məcburiyyətində qalıb. Yanğın 3500-dən çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm