"Yuventus"un qapıçısı idman naziri olacaq - Seçkiqabağı vəd
Bizi izləyin

Dünya

"Yuventus"un qapıçısı idman naziri olacaq - Seçkiqabağı vəd

"Əgər "Rinascimento" partiyası seçimlərdə qalib gələrsə, Canluici Buffonu idman naziri təyin edəcəyik"

Publika.az xəbər verir ki, bu sözləri "Rinascimento" partiyasının təmsilçisi, italiyalı siyasətçi və yazıçı Vittorio Sqabri deyib.

V.Sqabri bildirib ki, seçkilərdə qalib olsalar, Buffonu idman naziri təyin edəcəklər: "O, bu vəzifə üçün ən münasib namizəddir. "Yuventus" klubunun qapıçısı olmaqla yanaşı, o, incəsənət və siyasətlə də maraqlanır. Buffon bu təklifdən sonra mənə yazaraq, bu məsələdə marağı olduğunu da bildirib".

Buffon karyerasını Rusiyada keçirilən DÇ-2018-dən sonra bitirə bilər. İtaliyada növbəti parlament seçkiləri isə 2018-ci ildə keçiriləcək. Dəqiq gün və ay isə hələ təyin edilməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm