Dünya
“Qızıl Top”un sahibi ölkə prezidenti seçildi

İtaliya klubu “Milan”ın əfsanəvi futbolçusu Corc Vea ən mötəbər vəzifəyə seçilib.
Publika.az xəbər verir ki, futbolçu Liberiyanın prezidenti olub.
C.Vea ölkəsində Demokratik Dəyişiklik Konqresinin baş nazirliyə namizədi idi. O, 2005-ci il prezident seçkilərinə qatılsa da, Ellen Conson Sirlifə uduzaraq ikinci olmuşdu.
Əfsanəvi futbolçu 1995-ci ildə “Qızıl Top” mükafatını qazanan ilk afrikalı olaraq adını tarixə yazdırmışdı. O dünyanın ən yaxşı futbolçusu da seçilmişdi. İndi isə ilk futbolçu prezident olaraq yeni titul qazanıb.
Liberiyanı bütün dünyada təmsil edən və ölkəsini tanıtmağa çalışan 51 yaşlı C.Vea kariyerası ərzində 478 matçda 193 qol vurub. Onun “Milan”ın üzvü olarkən 1995-1996 və 1997-1998 mövsümlərində iki A seriyası çempionluğu da var.
Zümrüd

-
Səhiyyə04:44
Boyun ağrısının ümumi səbəbi məlum oldu
-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR