ABŞ YUNESKO ilə bağlı QƏRAR VERDİ - YENİLƏNDİ
Bizi izləyin

Dünya

ABŞ YUNESKO ilə bağlı QƏRAR VERDİ - YENİLƏNDİ

ABŞ YUNESKO-dan çıxdığını elan edib.

Publika.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər YUNESKO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

Öz növbəsində, İ.Bokova ABŞ-ın bu qərarından təəssüfləndiyini qeyd edib.

***

"ABŞ rəsmən YUNESKO-dan çıxmağa hazırlaşır. Hökumətin niyyəti bu qurumun tərkibində yalnız müşahidəçi kimi qalmaqdır".

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Foreign Policy" nəşri yazıb.

Məlumata görə, rəsmi Vaşinqton quruma ödənilən yüksək məbləğdə üzvlük haqqına və İsrail əleyhinə qəbul edilən qətnamələrə etiraz olaraq üzvlükdən çıxacağını bəyan etmək niyyətindədir.

Eyni zamanda, yazıda qeyd olunur ki, ABŞ-ın dövlət katibi Reks Tillerson tərəfindən gündəmə gətirilən mövzu bir neçə həftə əvvəl BMT-nin Nyu-Yorkda keçirilən Baş məclisində də müzakirə edilib. Sözügedən məsələnin müzakirəsi YUNESKO-nun bu həftə keçiriləcək yeni baş direktor seçimlərinə qədər təxirə salınmışdı.

Bu məsələ Donald Trampın Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı da müzakirə edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm