Dünya mətbuatı Putinlə Nazarbayevin bu görüntülərini müzakirə edir - VİDEO
Bizi izləyin

Dünya

Dünya mətbuatı Putinlə Nazarbayevin bu görüntülərini müzakirə edir - VİDEO

Hazırda bir çox dünya ölkələrində medianın əsas müzakirə mövzusu Rusiyanın Soçi şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasından əvvəl prezident Vladimir Putinlə qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin bir neçə dəqiqəlik pıçıldaşmasıdır.

Publika.az xəbər verir ki, Rusiya, Belarus, Qazaxıstan, Ermənistan prezidentlərinin və Qırğızıstan baş nazirinin iştirakı ilə keçirilən iclas zamanı qurumun hazırki fəaliyyəti, gələcək planları barədə fikir mübadilələri aparılıb.

İttifaqa üzv ölkə başçıları məhdud və geniş tərkibdə görüş keçirəcəkləri halda V.Putin və N.Nazarbayev arasında 2 dəqiqəyə yaxın qeyri-rəsmi dioloq olub.

Politoloqlar iki ölkə liderinin ayaqüstü hansı mövzunu müzakirə etdiklərini şərh etməkdə çətinlik çəkiblər.

Politoloq Daniyar Aşimbeyovun fikrincə, V.Putin Qırğısıztanda keçiriləcək seçkilər ərəfəsində Qazaxıstanla-Qırğızıstan arasındakı münasibətləri müzakirə etmək istəyib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm