Dünya
Ərdoğan: “Onlar güclü Türkiyəni tanımırlar”
"ABŞ Türkiyəni mühasirəyə almaq və şir kimi əhliləşdirmək istəyir”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada valilər qarşısında çıxışında deyib.
“Onlar köhnə Türkiyəyə öyrəşdilər və güclü Türkiyəni tanımırlar. Türkiyənin müstəqilliyinin müdafiə edilməsi üzrə bizim güclü qətiyyətimiz kimlərisə narahat edir. Biz bir qəbilə dövləti deyilik. Sizə ehtiyacımız yoxdur. Sizdən pulla silah almaq istədikdə “Konqres” deyirsiniz, amma terror təşkilatına pulsuz silah verirsiniz. Niyə? Türkiyəni cənubdan mühasirəyə almaq üçün. Kim iddia edə bilər ki, bizim cənub sərhədimizdə terror dəhlizi İŞİD-lə mübarizəyə görə yaradılır? Hədəf Türkiyəni mühasirəyə almaqdır. Onlar bizi kor və kar hesab edirlər. Amma artıq köhnə Türkiyə artıq yoxdur. Beynəlxalq rəqabətdə yerini alacaq bir Türkiyə var”, - Ərdoğan bildirib.
Prezident ABŞ və Türkiyə arasında viza böhranının ABŞ-ın Türkiyədəki səfəri tərəfindən yaradıldığını deyib: “Qəbuledilməzdir ki, Amerika Türkiyə kimi strateji əhəmiyyətli ölkəyə belə bir səfir təyin etsin. O öz məsuliyyətini dərk etmir. Onların istənilən hərəkətinə adekvat cavab veriləcək”.
Ömər Dağlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı