Bağdad kürd muxtariyyətinə şərtlərini açıqladı
Bizi izləyin

Dünya

Bağdad kürd muxtariyyətinə şərtlərini açıqladı

İraqın ərazi bütövlüyünün və birliyi və bölünməzliyinin tanınması kürd muxtariyyəti ilə dialoqun başlanması üçün əsas şərtdir.

Publika.az xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl Abadi bildiriib.

“Bizim mövqeyimiz aydındır. İstənilən dialoq aşağıdakı prinsiplərlə əsaslanmalıdır – İraqın bölünməzliyi, İraq Konstitusiyasının icrası və referendumun nəticələrindən imtina. Bu mövqenin hər hansı müzakirələrə, təşəbbüslərə və ya vasitəçiliyə ehtiyacı yoxdur”, - deyə Heydər əl Abadi bildiriib.

Baş nazir İraq hökumətinin “Kürdüstan”ı boykot etdiyini, Bağdadla bölgə arasında münasibətlərin davam etdiyini qeyd edib.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm