
Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin 4-cü turu da nəticə verməyib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.
Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.