Suriyada TERROR: 50 ölü
Bizi izləyin

Dünya

Suriyada TERROR: 50 ölü

Suriyanın şimal-şərqində İŞİD terrorçuları tərəfindən törədilən terror aktı nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb.

Publika.az xəbər verir ki, terror aktı Xasaka əyalətinin Əbu Fas yaşayış məntəqəsində baş verib. Terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobillər insanların sıx olduğu ərazilərdə partladılıb.

“Röyter” partlayışlar nəticəsində azı 50 nəfərin öldüyünü bildirib.

Ölənlər arasında Deyr əz Zordan qaçmış çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm