Dünya
Əsgər anaları Sarkisyanı BİABIR ETDİ: “Sən haradan biləsən ki...” - FOTO
Ermənistanda əsgər anaları yenidən müdafiə naziri Viqen
Sarkisyana qarşı etiraz aksiyası keçirib.
Publika.az xəbər verir ki, aksiya iştirakçıları
övladlarının yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirildiyini
və bütün bu cinayətlərin açılmadığını deyirlər.
“Əgər bu illər ərzində Müdafiə Nazirliyi bizim məsələmizlə
maraqlansaydı, hüquq-mühafizə orqanları və məhkəmələr
övladlarımızın qətlilə bağlı cinayət işlərini açardı”, - deyə əsgər
anaları bildirib.
İrina Kazaryan deyir ki, bir neçə ay öncə Viqen Sarkisyanla
görüşləri olub: “Lakin o, bizə kömək etmir. Mənim oğlum yeddi il
əvvəl hərbi xidmətdə olarkən qətlə yetirildi, bu qətlin üstü hələ
də açılmayıb. Oğlumun xəstəlikdən öldüyünü deyirlər. Əgər oğlumun
beynində şiş vardısa, niyə əsgər aparırdılar, niyə orduda
kəşfiyyata götürmüşdülər?! Məhkəmə bu iddia haqda heç bir həkimin
ifadəsini almadı və işi bağladı. Viqen Sarkisyan dedi ki, bu işi
araşdırmağa səlahiyyəti çatmır. Əgər belə səlahiyyyətin yoxdursa,
onda niyə müdafiə nazirisən? İnsanlardan hər ay orduya vermək adı
ilə 1000 dram alırlar, amma kömək etməyə gələndə qaçırlar. Mən
Viqen Sarkisyana dedim: “Sən hərbi xidmətdə olmamısan, bilmirsən,
ordu nə deməkdir, xidmət nədir”. Onda mənim üzərimə yeridi və ondan
üzr istəməyimi tələb etdi. İndi nə etməliyik, qətlə yetirilmiş
əsgərin anası nazirdən üzr istəməlidir?”.
Əsgər anaları aksiyada prezident Serj Sarkisyana qarşı da etiraz
şüarları səsləndirib. Bildiriblər ki, 2018-ci ildə də heç nə
dəyişməyəcək.
“Əgər gələn il hər şeyi Milli Təhlükəsizlik Şurası diktə edəcəksə,
bu Serj Sarkisyanın hakimiyyətinin davamı deməkdir. Bu şəxs orduda
hökm sürən vəziyyətə görə birbaşa məsuliyyət daşıyır”, - deyə əsgər
anaları qeyd ediblər.
Asif
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...