
“ABŞ İranla nüvə razılaşmasından geri çəkilərsə, bölgədə dərhal müharibə təhlükəsi yaranacaq”.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu xəbərdarlıqla Almaniya Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabriel çıxış edib.
Onun sözlərinə görə, ABŞ müqavilədən çıxarsa, Tehran yenidən nüvə silahları üzərində işə başlaya bilər. O həmçinin qeyd edib ki, bu vəziyyətdə İranla İsrail arasında müharibə təhlükəsi də yenidən gündəmə gələcək.
Daha əvvəl Ağ Evdən bildirilib ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 14-də yerli vaxtla 12:45-də bəyanatla çıxış edərək İranla bağlı ABŞ-ın yeni strategiyasını açıqlayacaq. Bəzi mənbələrə görə, İranla müqaviləni “ABŞ tarixinin ən pis razılaşması” adlandıran Donald Tramp ABŞ-ın müqavilədən geri çəkiləcəyini elan edəcək.
Ömər Dağlı