Dünya
ABŞ İranla nüvə razılaşmasından imtina edir? - AÇIQLAMA

Ötən gün Trampın İranla nüvə razılaşmasına aid söylədiyi fikirlərə aydınlıq gətirmək məqsədilə ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert paylaşım edib.
Publika.az xəbər verir ki, o, özünün tvitter hesabında "ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina etmir" sözlərini yazıb:
“Televiziyada yayımlanan yalan informasiyalara aldanmayın. ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina etmir. Biz sadəcə İranın terror fəaliyyətlərini qiymətləndirmək üçün yanaşmamızı genişləndiririk".
Oktyabrın 13-də İrana qarşı yeni strategiyasını elan edən Donald Tramp gələcəkdə iki ölkə arasındakı razılaşmanın pozulmasını istisna etməyib.
Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyulunda İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
Könül Cəfərli

-
Hadisə04:14
Sumqayıtda ticarət mərkəzindəki yanğının TƏFƏRRÜATI - VİDEO
-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər