
Havay adalarının Hanolulu şəhərindəki restoranlardan birində ən azı 45 nəfər zəhərlənib.
Publika.az report.az-a istinadən bildirir ki, bu barədə yerli Səhiyyə İdarəsinə istinadən "Associated Press" məlumat yayıb.
Bildirilir ki, zəhərlənməyə norvolk virusu səbəb ola bilər və
bu, hələ ki, altı zərərçəkəndə qeydə alınıb.
Agentliyin məlumatına görə, zərər çəkənlərin hamısı hadisədən bir
neçə gün sonra düzəliblər. Səhiyyə İdarəsinin nümayəndələri
insidentlə bağlı araşdırma aparırlar.